Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov sentyabrın 30-da Ümumdünya Ürək Gününə həsr edilmiş “Kardiologiyada komorbid hallarda nə etməli? – Debat müzakirə” mövzusunda elmi-praktik konfransda iştirak edib.
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən keçirilən konfransda ilk olaraq Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışılıb və konfransın əhəmiyyəti haqqında məlumat verilib.
300-ə yaxın həkimin iştirakı ilə keçirilən konfransda tibdə yeni istiqamət – kardiologiyanın aktual elmi və praktiki aspektlərinə dair məruzələr dinlənilib, mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.


