Azərbaycan Prezidenti İlham Əliyev Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb.
Fərmanda dövlət ümumi təhsil müəssisələrində 2026‒2027-ci tədris ilindən başlayaraq dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilməsi göstərilib.
Bundan başqa adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi nəzərdə tutulan dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalı tətbiq ediləcək.
Fərmanda Nazirlər Kabinetinə adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını, habelə adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalının tətbiq edilməsi qaydalarını bir ay müddətində təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməsi tapşırılıb.
Elm və Təhsil Nazirliyi hər növbəti təqvim ili üçün dövlət büdcəsinin vəsaiti hesabına adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi nəzərdə tutulan dövlət ümumi təhsil müəssisələrinin siyahısını və təhsilalanlarının sayını Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən etməlidir.
Sənəddə qeyd olunub ki, Fərman “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar imzalanıb.
TREND
- İş adamı Mətləb Məmmədovun şirkətinin yarım milyonluq hesabına həbs qoyuldu
- “Villa Badam”ın arxasında dayanan şirkət: Milyonluq vergi borcu üzə çıxdı
- “Unibank”da müştərilərin xəbəri olmadan kreditlər: keçmiş əməkdaş 4 il həbs edildi
- Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb
- Şeyx Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək
- FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
- Azərbaycanın xalis maliyyə aktivləri 110 milyard manata çatıb
- Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu


