İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Sağlamlığımızı korrupsiyadan birlikdə qoruyaq!” şüarı ilə məlumatlandırıcı flayerlər paylayıb.
Vətəndaşların üzləşdikləri korrupsiya halları barədə fəal məlumat vermələrini təşviq etmək məqsədi ilə hazırlanan flayerlər Nərimanov, Nizami, Sabunçu, Sumqayıt, Suraxanı Tibb Mərkəzlərində vətəndaşlara və tibbi personala, eləcə də Mərkəzi Neftçilər Xəstəxanasında korrupsiya ilə mübarizə mövzusunda təşkil olunan təlimin iştirakçılarına təqdim olunub.


