Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Aztelekom” MMC-nin müraciəti əsasında “Adanet” MMC barəsində başlanılan araşdırmanı yekunlaşdırıb.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, müraciət rəqabət qanunvericiliyinin pozulması iddiası ilə bağlı olub.
Belə ki, “Aztelekom” Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edərək “Adanet”in haqsız rəqabətə yol verdiyini və rəqabət qanunvericiliyini pozduğunu iddia edib.
Agentlik bu iddianı araşdırıb və rəqabət qanunvericiliyinin pozulması halı müəyyən edilmədiyi üçün araşdırmaya xitam verilməsi barədə qərar qəbul edilib.


