2026-cı il üzrə adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır.
Müraciətlərin qəbuluna 13 noyabr 2026-cı il tarixində saat 15:00-dan etibarən başlanılacaq. Vətəndaşlara 12 noyabr 2026-cı il tarixinədək elektron kabinetlərinin formalaşdırılması tövsiyə edilir.
Müraciətlərin qəbulu Mygov portalında yerləşən “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən həyata keçiriləcək. Vətəndaşlar müraciətlərini “SİMA İmza”nın biometrik identifikasiya funksionallığı ilə təsdiqləyə biləcəklər.
Bununla yanaşı bildirilir ki, sonradan imtina edilmiş müraciətlər üzrə formalaşan qalıq limitlər həcmində müraciətlərin qəbulu cümə günləri saat 12:00-dan etibarən həyata keçiriləcək.
Qeyd: Müraciətə dair təlimatla Fondun rəsmi internet səhifəsində (www.mcgf.gov.az/storage/Talimat.pdf), həmçinin Mygov portalının müvafiq bölməsində tanış ola bilərsiniz.
TREND
- Turizmin mərkəzi olan Antalya COP31-ə ev sahibliyi edir
- Vergi Məcəlləsində ciddi dəyişikliklər: Sahibkarları hansı güzəştlər gözləyir?
- Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak edir
- “Qidanın Nəbzi”: Bazardan süfrəyədək qida təhlükəsizliyi VİDEO
- Növbəti il ölkədə böyük sosial paket həyata keçiriləcək – Nazir anons verdi
- Azərbaycanda adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılıb
- Albaniyada Zəfər Gününün altıncı ildönümü muğam konserti ilə qeyd olunub – FOTOLAR
- TikTok Azərbaycanda 570 mindən çox video silib – STATISTİKA


