Sosial şəbəkələrdə Bakıda bir qrup şəxsin qrup halında narkotik vasitə qəbul etməsi ilə bağlı görüntülər yayılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev BAKU.NEWS-a açıqlamasında bildirilib ki, yayılan görüntülərlə bağlı məlumatlıdırlar: “Hazırda həmin görüntülərlə bağlı araşdırma aparılır”.


