AXCP fəalı Ramid Nağıyevin 24 oktyabrda aksiyada iştirak etdiyinə görə həbs edilməsi iddiaları yayılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı BAKU.NEWS-a bildirib ki, Ramid Nağıyev aksiyada iştirakına görə yox, probasiya xidmətinin təqdimatı əsasında üzərində olan aliment öhdəliyindən yayındığı üçün məhkəmə qərarı ilə 7 gün müddətinə barəsində inzibati həbs tətbiq edilib: “Onun saxlanılmasında siyasi motiv yoxdur”.


