Bu gün daha 350-dən çox Azərbaycan vətəndaşının Rusiyadan vətənə qayıtması təmin olunub.
BAKU.NEWS xəbər verir ki, bunu “Report”un Rusiya bürosuna açıqlamasında Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov bildirib.
“Onlar Rusiya-Azərbaycan sərhədində gözləyirdilər. Hazırda sərhədi keçmək istəyən və sərhədə yaxın bölgələrdə 300 dən çox həmyerlimiz var”, – o bildirib.


