Çində son sutka ərzində 24 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.
BAKU.NEWS bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 90 944-ə yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 86 005 xəstə sağalıb.
Ölkədə 303 aktiv koronavirus xəstəsi var ki, onlardan da 5-nin vəziyyəti ağır qiymətləndirilir.


