Çinin şimal-qərbində Sinxay əyalətində 7,4 bal gücündə zəlzələ olub.
BAKU.NEWS xəbər verir ki, bu barədə Çinin Seysmoloji Xidməti məlumat yayıb. Yeraltı təkanlar Qoloq-Tibet muxtar bölgəsinin Mado dairəsi yaxınlığında baş verib.
Zəlzələnin episentri 17 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat yoxdur.


