Möhtərəm Prezident cənab İlham Əliyevin 7 yanvar tarixində yerli televiziya kanallarına verdiyi dərin məzmunlu, əhatəli müsahibəsi, həm daxili, həm də xarici auditoriyaya hesablanmışdı. Müsahibədə səslənən fikirlər eyni zamanda hazırda anti-Azərbaycan mövqeyi nümayiş etdirənlərə tərs şillə idi. Bu gün cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü, düşünülmüş, praqmatik, qətiyyətli siyasət Azərbaycanın prioritet sahələrdə nailiyyətlər qazanmasına səbəb olub.
Bu faktdır ki, hazırda beynəlxalq münasibətlər sistemində olduqca mürəkkəb proseslərin getdiyi bir vaxtda Azərbaycan tək regional geosiyasi proseslərə deyil, həm də qlobal miqyasda siyasi proseslərə təsir etmək imkanlarına malikdir. Bütün bu proseslərin dəqiq, doğru-düzgün analiz etmək, onu düzgün qiymətləndirmək və istiqamətləndirmək mükəmməl bacarıq, siyasi liderlik və səriştə tələb edir. Sadalanan bütün keyfiyyətlərə malik cənab Prezident İlham Əliyevin bu gün dünya siyasi arenasında ən yüksək səviyyədə qəbul edilməsi Azərbaycanın uğurlarına mayak rolunu oynayır.
Bu gün ölkəmizin bütün sahələrini əhatə edən, davamlı inkişafa hesablanmış islahatların həyata keçirilməsi insanlarımızın rifah halının yüksəldilməsinə hesablanıb. Cənab Prezident müsahibəsində Azərbaycan-Ermənistan arasında münasibətlərlə bağlı bir çox nüanslara da aydınlıq gətirdi. Ölkə başçısı davamlı sülhə nail olmaq üçün artıq mənasız və məntiqsiz quruma çevrilmiş Minsk qrupunun ləğv edilməsin, Ermənistan Konstitusiyasının dəyişdirilməsi kimi mühüm məsələlərin rəsmi İrəvan tərəfindən qəbul edilməsinin vacibliyini bildirərək, yalnız bu halda mümkün sülh müqaviləsinin imzalana biləcəyini vurğuladı.
Zəngəzur dəhlizinin açılmasına da toxunan Dövlət başçısı bu məsələnin Ermənistan tərəfindən rəsmi qəbul edildiyini önə çəkdi. İmza atdıqları razılaşmaya əməl etməyəcəkləri təqdirdə bunun yaxşı nəticələr verməyəcəyini bəyan etdi. Hər bir halda Zəngəzur dəhlizinin açılacağını qeyd edən cənab İlham Əliyev ölkələri beynəlxalq hüquqa hörmətlə yanaşmağa çağırdı.
Bəli, cənab Prezidentin yerli televiziya kanallarına müsahibəsi ölkənin gələcək inkişaf istiqamətlərinin konturlarını müəyyənləşdirmək baxımından olduqca önəmli idi.
Hüsniyyə Ələkbərova;
Neftçala rayon ziyalısı


