Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyə-Rusiya Ortaq Strateji Planlaşdırma Qrupunun 8-ci iclası üçün Rusiyaya rəsmi səfər edib.
BAKU.NEWS xəbər verir ki, səfərlə bağlı öz tvitter hesabında fotoşəkil paylaşaraq məlumat verən Çavuşoğlu, “Türkiyə-Rusiya Ortaq Strateji Planlaşdırma Qrupunun 8-ci iclasına qatılmaq məqsədilə Soçidəyik”,-deyə qeyd edib.
Çavuşoğlu, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov ilə birlikdə 8-ci Türkiyə-Rusiya Ortaq Strateji Planlaşdırma Qrup iclasına rəhbərlik edəcək.


