Türkiyəli tanınmış şair-ədəbiyyatçı Bülənt Parlak vəfat edib.
BAKU.NEWS xəbər verir ki, Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bu haqda tvitterdə paylaşım edib:
“Hamımız öləcək yaşdayıq…” dedi və əbədiyyətə getdi. Dünya həyatını və izdihamını geridə qoyan Bülənt Parlaka Allahdan rəhmət, ailəsinə başsağlığı, yaxınlarına səbr diləyirəm. Yadda saxlayın: Şairin ölümü ilə bu dünya bir az sakitləşdi, nəfəssiz oldu…”.
Qeyd edək ki, Bülənt Parlak 1979-cu ildə Malatya şəhərində doğulub.


