Braziliyada son sutka ərzində daha 37 075 nəfərdə koronavirus aşkarlanıb, 521 nəfər bu virusun qurbanı olub.
BAKU.NEWS bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 6 020 164-ə, bu virusdan ölənlərin sayı isə 168 662-yə yüksəlib.
İndiyədək 5 422 102 nəfər sağalıb. Ölkədə 429 400 aktiv koronavirus xəstəsi var ki, onlardan da 8 318-nin vəziyyəti ağırdır.


