2020-ci ilin 3 ayında 12 311 nikah dövlət qeydiyyatına alınıb.
BAKU.NEWS xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirib.
Qeyd olunub ki, yanvar ayında qeydiyyat orqanlarında 4353, fevral ayında 4027, mart ayında isə 3931 nikah dövlət qeydiyyatına alınıb.
Həmçinin 3 ayda 3940 nikah pozuntusu qeydə alınıb. Məlumata əsasən, yanvar ayında qeydiyyat şöbələrində 1467, fevral ayında 1493, mart ayında isə 980 nikahın pozulması dövlət qeydiyyatına alınıb.


