2023-cü ilin yanvar-may ayları ərzində ölkədə 12,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Energetika Nazirliyindən BAKU.NEWS-un sorğusuna bildirilib ki, neft hasilatının 7,7 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,8 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb.
SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,2 milyon ton təşkil edib. Hesabat dövründə 10,6 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 9,5 milyon tonu konsorsiumun, 1,1 milyon tonu isə SOCAR-ın payına düşür.
Ü.Abdullayeva


