Bu ilin yanvar-oktyabr aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 8248 fakt aşkarlanıb.
“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı BAKU.NEWS-a açıqlamasında bildirirb ki, həmin hallar üzrə 2 milyon 135 min kubmetr həcmində sərfiyyat bərpa olunub.
İlin əvvəlindən Abşeron rayonunda aşkarlanmış 617 qeyri-qanuni istifadə hallarının qarşısının alınması nəticəsində 151 min kubmetr sərfiyyat bərpa olunub. Bütövlükdə isə cari ilin yanvar-oktyabr aylarında sudan qanunsuz istifadə ilə bağlı aşkar edilmiş 250-dək fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.


