Azərbaycanla Bosniya və Herseqovina arasında bir çox sahələrdə olduğu kimi iqtisadi-ticari əlaqələrin inkişafında dinamizmin müşahidə olunur.
Bunu BAKU.NEWS-a YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
“Bu baxımdan Azərbaycanla Bosniya və Herseqovina arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə vacib sənəddir. Bu sənəd iki ölkə arasında inkişafın istiqamətlərini müəyyənləşdirən vacib əhəmiyyət kəsb edir. Sözsüz ki, bu Bəyannamə ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində təsirli rol oynayacaq. Prezident İlham Əliyev də iki ölkə arasında strateji tərəfdaşlığın əhəmiyyətinin xüsusi önəmini yüksək dəyərləndirib. Ölkəmizin başçısı vurğulayıb ki, “Strateji tərəfdaşlıq əlaqələri xüsusi əlaqələrdir. Bu, hər iki ölkənin üzərinə çox böyük məsuliyyət qoyur. Biz bu məsuliyyətə hazırıq. Əminəm ki, Bosniya və Herseqovina və Azərbaycan sözün əsl mənasında strateji tərəfdaşlar kimi bundan sonra birgə fəaliyyət göstərəcək.” Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin Bosniya və Herseqovina səfəri və əldə edilmiş razılaşmalar ölkələrimiz arasında münasibətlərin ikitərəfli və beynəlxalq miqyasda daha da möhkəmlənməsinə müsbət təsir göstərəcək.
Sevinc Kərimova


