Topaz Premyer Liqanın 17-ci turunda bu gün keçiriləcək “Səbail” – “Sabah” və “Qarabağ” – “Qəbələ”oyunları canlı yayımlanacaq.
Baku.News-ın məlumatına görə, hər iki qarşılaşma “CBC Sport” telekanalının canlı efirində olacaq.
Qeyd edək ki, “Səbail” – “Sabah” oyunu saat 15:00-da, “Qarabağ” – “Qəbələ” matçı isə 16:30-da start götürəcək.
“Qarabağ” bu görüşdə qalib gələcəyi halda lider “Neftçi” ilə xal fərqini birə salacaq.


