Böyük Britaniyada son sutka ərzində 2524 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 393 307 nəfərə çatıb.
BAKU.NEWS-un verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 33 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 307 nəfərə çatıb.


