Böyük Britaniya Ukraynada davam edən müharibə ilə bağlı 206 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib.
BAKU.NEWS BBC-yə istinadən xəbər verir ki, siyahıda Azərbaycan əsilli rusiyalı iş adamı, “LUKoyl” şirkətinin prezidenti Vahid Ələkbərov, iş adamı Fərhad Əhmədov, Ukraynanın “Müxalif platforma – Həyat naminə” partiyasının siyasi şurasının sədri Viktor Medvedçuk və s. şəxslər yer alıb.
Bundan başqa, “Surqutneftqaz”ın rəhbəri Vladimir Boqdanovun da adı bu gün açıqlanmış sanksiya siyahısına salınıb.


