Böyük Britaniyanın Baş naziri Boris Conson da peyvənd olunub.
BAKU.NEWS xarici mediaya istinadən xəbər verir ki, britaniyalı nazirə “AstraZeneca” vaksini vurulub. Siyasətçi vaksinin ilk dozasını qəbul edib.
Qeyd edək ki, Böyük Britaniyada 50 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılıb. Ölkədə 4,3 milyon nəfər virusa yoluxub, 126 min nəfər dünyasını dəyişib.
Xatırladaq ki, dünən Fransanın Baş naziri Jak Kasteks də “AstraZeneca” peyvəndi vurdurub. Almaniya kansleri Angela Merkel də “AstraZeneca” ilə peyvənd olunmağa hazır olduğunu bildirib.



