Kapital Bank-dan verilən məlumata görə, Birbank-da bir sıra ödənişlərlə yaranan texniki nasazlıq tamamilə aradan qaldırılıb. Hazırda müştərilər xidmətlərdən tam kəsintisiz və rahatlıqla istifadə edə bilərlər. Yaranan narahatlığa görə bank təəssüf edir, müştərilərə anlayış göstərdikləri üçün təşəkkür edir.
xxx
Bir neçə saatdır ictimai nəqliyyatda bank kartları ilə ödəniş sistemində problem yaranıb.
Bu səbəbdən metro və avtobuslarda izdiham müşahidə olunur.
Bəzi stansiyalarda alternativ ödəniş üsullarının məhdud olması vəziyyəti daha da çətinləşdirib.
Sərnişinlərin sözlərinə görə, “Birbank” sistemi ilə ödənişlərdə çətinlik yaşanır. Sözügedən mobil tətbiqin “Bakı kart” bölməsinə giriş etmək olmur. (qafqazinfo.az)


