Yeni dərs ilinin başlanğıcı uşaqlar üçün daha bir unudulmaz günə çevrilib. Supertoys yeni dərs ilinin sevincini bölüşmək məqsədilə Neftçala rayonunun Yenikənd kənd ibtidai məktəbində təhsil alan uşaqlarla görüş keçirib.
Səmimi və rəngarəng görüş zamanı balacalar üçün müxtəlif əyləncəli proqramlar təşkil olunub. Uşaqlar birlikdə oyunlar oynayıb, rəqs edib, əyləncəli anlar yaşayıb və onlar üçün hazırlanan hədiyyələrlə sevindirilib.
Görüşün ən yaddaqalan məqamlarından biri isə uşaqların səmimi təbəssümləri və sevinc dolu anları olub. Balacaların gözlərindəki işıq, üzlərindəki təbəssüm və səmimi qucaqları bu günü Supertoys komandası üçün də xüsusi və unudulmaz xatirəyə çevirib.
Uşaqların sevincinə şərik olmaq və onların üzündə təbəssüm yaratmaq hər zaman xüsusi əhəmiyyət daşıyır. Yeni dərs ilinin ilk günlərini xoş əhval-ruhiyyə ilə qarşılamaq üçün təşkil olunan bu görüş də məhz həmin məqsədə xidmət edib.












