Liv Bona Dea Hospital daha bir yeniliyə imza atıb. Belə ki, artıq xəstəxananın təqdim etdiyi xidmətlər, mövcud şərait və məkanla bağlı məlumatları evinizdən çıxmadan, 360 dərəcə görüntü vasitəsilə əldə edə bilərsiz.
Qabaqcıl texnologiyaya malik rəqəmsal platforma ilk dəfə Liv Bona Dea Hospitalda istifadəyə verilib. Healthverse PanoramicWEB beynəlxalq xəstə məsləhətçiləri, həkimlər və xəstələri onlayn şəkildə bir araya gətirir və xəstəxananın bütün imkanlarını ziyarətçilərə yalnız bir keçid vasitəsilə 360 dərəcə səyahət etmək imkanı təqdim edir.
Bununla da hospitalın əməkdaşlıq etdiyi şirkətlər, dövlət və özəl sektordan olan tərəfdaşlar təqdim edilən imkanlar və xəstəxana xidmətləri ilə daha yaxından tanış olurlar. Yenilik həm də xarici ölkə vətəndaşlarını tam əhatə edə biləcək imkana malikdir. Çünki Healthverse üçün məkan məhdudiyyəti yoxdur.
Healthverse platforması sayəsində xəstə məsləhətçisinin dəstəyilə dünyanın istənilən yerindən xəstəxananı 360 dərəcə gəzə, həkimlər ilə görüşərək ediləcək müalicə haqqında məlumat ala bilərsiz. Bunun üçün sizə göndərilən keçid linkinə klikləməyiniz yetərlidir. Rəqəmsal mühitdə xəstə məsləhətçiləri, həkimlər və xəstələri onlayn bir araya gətirən Healthverse-də tibb işçiləri xəstəxanada olmasalar belə, proqram sayəsində rəqəmsal olaraq xəstəxanaya klonlaşdırılaraq öz vəzifələrini yerinə yetirə bilirlər.
Liv Hospital Qrup Koordinatoru Meri İstiroti, Healthverse PanoramicWEB sayəsində həm Azərbaycanın sağlamlıq turizminin, həm də Liv Bona Dea Hospitalın xarici xəstə nisbətinin bir ildə iki qatına çıxa biləcəyinə diqqət çəkdi.
Liv Hospital Qrup Koordinatoru Meri İstiroti:
“Liv Bona Dea Hospital olaraq Healthverse PanoramicWEB ilə xəstələrimizin sağlamlıqla bağlı problemlərini dinləmək və ehtiyac duyduqları müalicəni izah etməklə ən son texnologiya ilə təchiz olunmuş xəstəxanalarımızı göstərmək fürsəti əldə etdik. Beləliklə, pasiyentlərimiz beynəlxalq pasiyent məsləhətçilərimizin və həkimlərimizin təkbətək təcrübəsi vasitəsilə onları daha yaxşı anladığımızı və gələndə A-dan Z-yə onları hansı proseslərin gözlədiyini dinlədi və gördü. Bu, bizə olan etimadı xeyli artırdı. Artıq Healthverse PanoramicWEB üzərindən apardığımız müsahibələr nəticəsində xəstələrin seçimi olduğumuzu görmək bizə böyük zövq verir. Biz həm xaricdən gələn xəstələrin sayının artmasında, həm də telesəhiyyə sahəsində bir mərhələ qoyacaq bir platforma olan Healthverse PanoramicWEB ilə yeni zəmin yaratmağımızdan qürur duyuruq.
“Healthverse” “onlayn görüş” anlayışını yeni mərhələyə daşıyır. Reallıq və virtual reallıq arasındakı fərqi bir-birinə yaxınlaşdıran bir tətbiq kimi önə çıxan rəqəmsal platforma Azərbaycanın səhiyyə sahəsindəki gücünü beynəlxalq miqyasda artırır. “Healthverse PanoramicWEB” bütün xüsusiyyətləri ilə səhiyyə sektorunda rəqəmsal kommunikasiya və marketinq sahəsində xəstəxana-xəstə əlaqəsini ən yüksək səviyyədə təmin edən yenilikçi platformadır.


