Ötən il Vəkillərin İntizam Komissiyasının 22 iclası keçirilib, 217 qərar çıxarılıb.
BAKU.NEWS xəbər verir ki, bu haqda Kollegiyanın illik hesabatında bildirilib.
Hesabatda deyilir ki, müvafiq rəylər əsasında 9 nəfərin vəkillik fəaliyyəti müəyyən müddətə dayandırılıb.
8 iş üzrə isə üzvlükdən xaric olunma ilə əlaqədar məhkəməyə müraciət edilməsi qərara alınıb.


