Biləsuvar rayonunda quldurluq hadisəsi baş verib.
Bu barədə BAKU.NEWS-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Biləsuvar Rayon Polis Şöbəsinə müraciət edən Aşağı Curəli kənd sakini M.Məmmədov oktyabrın 31-nə keçən gecə evinin həyətindəki yardımçı təsərrüfata gələn 2 nəfərin onu döyüb 1750 manatını və mobil telefonunu aldığını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Pərviz Babayev saxlanılıb, daha 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.


