Bu dəqiqələrdə Almaniya Azərbaycanlılarının Koordinasiya Şurasının təşəbbüsü ilə Ermənistanın Berlindəki səfirliyinin binası qarşısında böyük etiraz aksiyası keçirilib.
Bu barədə BAKU.NEWS-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Torpaqlarımızın işğaldam azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda Prezident, Ali Baş Komandan İlham Əliyevin hər bir əmrini yerinə yetirməyə hazır olan 500 nəfərə yaxın vətənpərvər soydaşımızın qatıldığı aksiyada “Qarabağ Azərbaycandır!”, “Azərbaycan, biz səninləyik!”, “Ya Qarabağ, ya ölüm!”, “Qarabağ bizimdir, bizim olacaq!” şüarları xorla səsləndirilir. Soydaşlarımız işğal altında olan Qarabağın unudulmadığını, hər an Vətənizimin azadlığı uğrunda canlarından keçməyə hazır olduqlarını bəyan ediblər.
Hazırda aksiya Azərbaycan diaspor təşkilatlarının rəhbərləri çıxışları ilə davam edib.
Berlində Ermənistan Səfirliyi önündə etiraz aksiyası
Berlində Ermənistan Səfirliyi önündə etiraz aksiyası
Опубліковано Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Субота, 18 липня 2020 р.


