Belarusda prezident seçkiləri baş tutub. Artıq seçicilərin 54 faizi səsvermədə iştirak edib. Qanunvericiliyə əsasən, seçicilərin 50 faizindən çoxu səs verdikdə seçkilər baş tutulmuş sayılır.
BAKU.NEWS bildirir ki, bu barədə “TASS”a Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.
Hazırkı dövlət başçısı Aleksandr Lukaşenko, “Həqiqəti söylə” İctimai Hərəkatının həmsədri Andrey Dmitriyev, parlamentin aşağı palatasının sabiq deputatı Anna Kanopatskaya, evdar qadın Svetlana Tixanovskaya və “Qramada” Belarus Sosial Demokrat partiyasının sədri Sergey Çereçen ali posta iddia edirlər. Lukaşenko altıncı dəfə namizədliyini irəli sürür.


