Belarusun xarici işlər naziri Vladimir Makey “Ryanair” sərnişin təyyarəsinin Belarusun paytaxtı Minskə məcburi eniç etməsi hadisəsi ilə bağlı Qərbi müzakirələrə çağırıb.
BAKU.NEWS xəbər verir ki, bu barədə “Belta” məlumat yayıb.
XİN rəhbəri bildirib ki, gərginliyi artırmağın faydası olmayacaq:
“Problemlər müzakirə masasında həll olunmalıdır, bu, bizim prinsipial yanaşmamızdır”.
O əlavə edib ki, Minsk bütün sanksiyalar lazımi cavabı verəcək:
“Belarus xalqına və dövlətinə qarşı əsassız qaralamalar Qərbdə adi bir hadisə halına gəlib”.


