Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı həmkarı Co Baydenlə telefon danışığından sonra açıqlama verib.
BAKU.NEWS “RİA Novosti”yə istinadən xəbər verir ki, Zelenski Tvitterdə yazdığı açıqlamada deyib:
“Co baydenlə danışmağıma şad oldum. Ukrayna ABŞ-ın müxtəlif səviyyələrdə dəstəyini yüksək qiymətləndirir.
Demokratiyanı qorumaq məsələsində çiyin-çiyinə dayanmışıq. Mən Ukraynada islahatların aparılması, şəffaflığın artırılması və sülhə nail olunması məsələlələrinə ciddi köklənmişəm. Amerika tərəfdaşlığı ukraynalılar üçün böyük əhəmiyyət daşıyır”.


