İtaliya millisinin baş məşqçisi Roberto Mançini və “Roma” klubunun futbolçusu Edin Dzeko koronavirus infeksiyasına yoluxub.
BAKU.NEWS xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyası və paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Hər iki məşhur sima Romadakı evində təcrid vəziyyətində yaşayır. Dzeko bir müddət kollektivdən ayrı qalacaq. Mançininin isə bu ay keçiriləcək rəsmi matçlarda komandanın sükanı arxasında olub-olmayacağı bəlli deyil.
Qeyd edək ki, İtaliya yığması noyabrın 11-də Estoniya ilə yoldaşlıq görüşündə, dörd gün sonra Polşa, ayın 18-də isə Bosniya və Herseqovina ilə Millətlər Liqası çərçivəsində üz-üzə gələcək.
TREND
- BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!
- Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
- Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva
- SOCAR-ın tərəfdaşı olan şirkətin yerli filialı dövlət qeydiyyatına alınıb
- Tramp Putinlə danışdı – Dizellə bağlı razılaşma əldə etdilər
- AZAL Moskvaya olan uçuşları dayandırdı
- AMB lisenziya və icazələr üçün təqdim edilən sənədlərin formalarını dəyişib
- BDYPİ-dən velosipedçilərə çağırış


