“Bank Respublika” Açıq Səhmdar Cəmiyyəti məhkəməyə verilib.
İddiaçılar Məsim Söhbət oğlu Zülfüqarov və Toğrul İsmayıl oğlu Zülfüqarov cavabdeh İsmayıllı rayon Notariat ofisi və üçüncü şəxs “Bank Respublika” ASC-yə qarşı icra qeydinin ləğvi tələbinə dair mülki qaydada İsmayıllı Rayon Məhkəməsinə müraciət ediblər.
Onlar bildiriblər ki, icra və probasiya şöbəsində başladılan icra hərəkəti “İcra haqqında” Qanunun 63.1.3-cü maddəsinə, icra işi Azərbaycan Respublikası Konstitusiyasının 29.4-cü maddəsinə ziddir.
Qeyd olunub ki, Məsim Söhbət oğlu Zülfüqarovun mülkiyyətində həmin bankın 45 min manat bazar qiyməti, 36 min manat likvid qiyməti ilə qiymətləndirdiyi və girov saxladığı “DAF 105 XF” markalı 31-BF-771 nömrəli yük avtomobili var.
“Borcun öncəliklə borcalanın əmlakına yönəldilməsi və bunun üçün məhkəmə qərarı lazım idi. Ayrıca notariusun icra qeydi üçün borcun mübahisəsiz olması lazımdır. Amma notarius borcun mübahisəli və mübahisəsiz olub-olmadığını araşdırmadan icra qeydi aparıb”, – deyə şikayətdə qeyd olunub.
Məhkəmə borclu və zamin qismində iddiaçıların cavabdehlərə qarşı icra qeydinin ləğvi tələbinə dair şikayətini təmin etməyib.
Yurd Media
TREND
- Polkovnik Əflatun Məmmədov rüşvətə görə həbs edildi
- Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır
- General Nizami Məmmədov haqda – Yekun qərar verildi
- Prezident mühüm fərman İMZALADI
- Nazirdən 1 ildir pulunu ala bilməyən pambıqçılarla bağlı – AÇIQLAMA
- Tamam Bayatlı BP-dən getdi
- İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
- Mikayıl Cabbarov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb


