Mario Balotellinin yeni klubu rəsmən açıqlanıb.
34 yaşlı hücumçu “Cenoa”ya keçib. Bu barədə A seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
İtaliya millisinin sabiq üzvü ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Mario Balotelli İtaliyanın “İnter”, “Milan”, “Breşiya”, “Monza”, “Lumezzane” kimi klublarında oynayıb. Onun son klubu “Adana Demirspor” (Türkiyə) olub.


