Bakı şəhərinin Nərimanov rayonu Montin qəsəbəsi Mayakosvki küçəsinin sakinləri səkinin zəbt edilərək kababxana edilməsi narazılıq yaradıb.
Saytımıza müraciət edən sakinlər bildiriblər ki, bir müddətdir Mayakovski küçəsinin Çernyayevsçki küçəsi istiqamətindəki hissəsi istiqamətində olan hissəsində yolun piyadalar üçün nəzərdə tutulmuş hissəsi tamamilə zəbt edilib.
Şikayətçilər səkidə kababxana açıldığını, buraya yük maşını ilə odun gətirilərək töküldüyünü və nəticədə piyada hərəkət etməyin çətinləşdiyini bildiriblər:
“Küçənin ortasında kabab bişirirlər, içki satırlar və masalar qoyaraq müştəri toplayırlar. Xüsusilə gecə saatlarında buraya çoxsaylı insanlar toplaşırlar, səs-küy salaraq istirahətimizi pozurlar. Səkidən piada hərəkət etmək mümkün olmadığından sakinlər, xüsusilə məktəblilər yolun hərəkət hissəsinə çıxır və bu da həyat üçün risk yaradır. Ərazidə antisanitar vəziyyət də hökm sürür”.
Şikayətçilər məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiklərini, lakin tədbir görülmədiyini qeyd ediblər.
Nərimanov Rayon İcra Hakimiyyətindən bildirilib ki, artıq narazılığa səbəb olan yer sökülüb və səkinin boşaldılması təmin edilib.


