Bakı şəhərində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammiti süni intellekt və insan hüquqları sahəsində qlobal müzakirələr üçün mühüm platforma oldu. “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusuna həsr edilən tədbirdə müxtəlif ölkələrin ombudsmanları, beynəlxalq təşkilatların nümayəndələri, dövlət rəsmiləri və ekspertlər iştirak edərək bu sahədə aktual məsələləri müzakirə etdilər.
Sammitin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda insan hüquqlarının qorunması, məlumatların məxfiliyi, bərabərlik, şəffaflıq və hesabatlılıq kimi prinsiplərin təmin olunması məsələləri beynəlxalq əməkdaşlıq müstəvisində nəzərdən keçirildi. Tədbir Azərbaycanın bu sahədə qlobal dialoqa verdiyi töhfəni və insan hüquqlarının müdafiəsinə yönəlmiş təşəbbüslərdə fəal iştirakını bir daha nümayiş etdirdi.
Sammit çərçivəsində keçirilən panel müzakirələr süni intellektin əmək bazarına təsiri, rəqəmsal məkanda hüquqların qorunması, dezinformasiyaya qarşı mübarizə və rəqəmsal savadlılığın artırılması kimi mühüm mövzuları əhatə etdi. Bu müzakirələr göstərdi ki, texnoloji tərəqqi ilə insan hüquqlarının müdafiəsi arasında tarazlığın qorunması gələcəyin əsas çağırışlarından biridir.
Gələcək perspektivlər baxımından Sammitdə qəbul olunan Bakı Bəyannaməsinin beynəlxalq əməkdaşlığın genişlənməsinə, süni intellektin etik və hüquqi əsaslarının möhkəmləndirilməsinə, eləcə də milli insan hüquqları təsisatlarının bu sahədə fəaliyyətinin gücləndirilməsinə təkan verəcəyi gözlənilir. Süni intellektin insan rifahına xidmət edən, təhlükəsiz və ədalətli şəkildə inkişafı üçün belə platformaların əhəmiyyəti gələcəkdə daha da artacaq. Azərbaycanda keçirilən bu Sammit isə həmin istiqamətdə mühüm addımlardan biri kimi qiymətləndirilə bilər.
Orxan Kərimov
TREND
- Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək
- Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb
- Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- Nailə Kələntərli kollektivə təqdim olundu
- Sürət həddi endirilib – Sürücülərin nəzərinə!
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı


