Paytaxtın Ziya Bünyadov prospektində baş vermiş ağır yol-nəqliyyat hadisəsi barədə məlumat verilib.
BAKU.NEWS xəbər verir ki, Baş DYP İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyevin Oxu.Az-a verdiyi məlumata görə, bu gun saat 22:00 radələrində Paytaxtın Ziya Bünyadov prospektində bir neçə nəqliyyat vasitəsinin toqquşması nəticəsində zəncirvari ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə nəticəsində ilkin məlumata görə, 1 nəfər dünyasını dəyişib 4 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Faktla bağlı araşdırma aparılır.
22:14
Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi olub, ölən və yaralananlar var.
BAKU.NEWS “Report”a istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.
Məlumata görə, hadisə zamanı bir neçə minik avtomobili toqquşub.
Hadisə yerinə FHN-in xilasediciləri və təcili tibbi yardım briqadası cəlb olunub.













