Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.NEWS Report-a istinadla bildirir ki, hadisə Qarabağ rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması zamanı 1956-cı il təvəllüdlü Bağışov Fərhad Bağış oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol ayağın sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.


