Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
BAKU.NEWS APA-ya istinadla xəbər verir ki, hadisə Sabunçu vağzalının yaxınlığında qeydə alınıb.
1978-ci il təvəllüdlü Əbdülhüseynov Taleh Qara oğlu naməlum şəxs tərəfindən boğazından bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.


