Yanvar ayının 16-sı səhər saatlarından etibarən paytaxtın mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bu barədə BAKU.NEWS-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Qeyd olunub ki, maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərin ciddi zərurət yaranmadığı təqdirdə küçəyə çıxmaması tövsiyə olunur.


