Bakının Binəqədi rayonunda bir nəfər bıçaqlanıb.
BAKU.NEWS APA-ya istinadla xəbər verir ki, hadisə Əcəmi Naxçıvani küçəsində baş verib.
Belə ki, 1990-cı il təvəllüdlü Ağayev Elçin Valid oğlu mübahisə zamanın naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktı Binəqədi Rayon Polis İdarəsi araşdırır.


