Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə pensiyaçıların dekabr ayı üzrə pensiya vəsaitlərini artıq onların hesablarına köçürüb.
Nazirlikdən BAKU.NEWS-a bildirilib ki, həmin pensiyaçılar müvafiq bankların bankomatlarından pensiyalarını əldə edə bilərlər.


