Bakı SOS Uşaq kəndinin iki sakini Mərkəzi Gömrük Hospitalında əməkdaşlıq memorandumu çərçivəsində uğurla əməliyyat olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalında “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının Bakı şəhərində yerləşən SOS Uşaq kəndinin iki sakini əməkdaşlıq memorandumu çərçivəsində uğurla əməliyyat olunub.
“20 noyabr Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi Günü”ndə əməliyyyat olunan uşaqlar 21 noyabr tarixində evə yazılıblar.



