Bu gün Bakı metrosunda sərnişinlərdən biri dünyasını dəyişib.
Bu barədə BAKU.NEWS-a məlumat verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, “Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarın maşinistinə bir kişi sərnişinin özünü pis hiss etməsi barədə məlumat verilib.
Dispetçerə daxil olmuş məlumat əsasında sərnişin “Xalqlar dostluğu” stansiyasında düşürülüb, təcili tibbi yardım çağırılıb. Qatardan düşürülənə qədər sərnişin dünyasını dəyişib.
Allah rəhmət eləsin!
Sevinc Kərimova


