Partlayış qurbanlarının sayı 8 nəfərə çatıb, 15 nəfər yaralanıb.
BAKU.NEWS xəbər verir ki, bu barədə “Əl-Sumaria” telekanalı ölkənin təhlükəsizlik xidmətinə istinadən məlumat verib.
*Saat 11:39
İraqın paytaxtı Bağdad şəhərinin mərkəzində partlayış baş verib, ölən və yaralananların olduğu bildirilir.
BAKU.NEWS xəbər verir ki, bu barədə “New York Times”ın Bağdad bürosu Bağdad Əməliyyat Komandanlığına istinadən məlumat verib.
Partlayışın kamikadze hücumu nəticəsində mərkəzdə yerləşən Şorca bazarında baş verdiyi qeyd olunub.
Partlayış nəticəsində 3 nəfərin həyatını itirdiyi və 16 nəfərin yaralandığı ilk məlumatlar arasındadır.


