Bağçalarda çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 2026-cı il 19–20 dekabr tarixlərində keçiriləcək.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, test imtahanının qeyd olunan tarixlərdə keçirilməsi imtahan prosesinin səmərəli təşkili üçün zəruri təşkilati və texniki hazırlıq işlərinin vaxtında və tam şəkildə həyata keçirilməsinə xidmət edir.
İmtahanın keçirilmə tarixi və digər müvafiq məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndəriləcək.
“Bununla yanaşı, iştirakçıların imtahana hazırlığının dəstəklənməsi məqsədilə növbəti günlərdə müvafiq mövzularda əlavə vebinar və görüşlərin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, sertifikatlaşdırma təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının qiymətləndirilməsi, onların peşəkar inkişafının dəstəklənməsi və təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə təşkil olunur”, – məlumatda qeyd olunub.
TREND
- Sənan Ağakişiyev AQDİM-in İdarə Heyətinin fəxri üzvü seçilib
- “Unibank” müştərisindən şikayət: 70 manatlıq əməliyyat günlərlə vaxt aparır
- Vahid Ələkbərovun qurduğu “LUKOIL”un beynəlxalq aktivləri satılır
- QHT-lərin illik maliyyə hesabatları ümumi yığıncaqda təsdiqlənəcək
- İşə düzəltmək, həbsdən azad etmək vədi ilə 200 min manatlıq dələduzluq edən şəxs həbs olunub
- Bağça müəllimlərinin sertifikasiyasının tarixi dəyişdirilib
- Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
- Özcan Dəniz ifadəsində əmlaklarının sayını açıqladı


