“Azərsun Holdinq” qrupuna daxil olan “Sun Food”, “Sun Food Services”in ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edib.
“Sun Food Services”in təsisçinin qərarına əsasən “Sun Food” MMC-yə qoşularaq ləğv edilib.
Kreditorlar öz tələblərini şirkətlərin elanlarında göstərilən ünvanlara təqdim edə bilərlər.
“Sun Food Services”in nizamnamə kapitalı 50 min manatdır. Şirkətin qanuni təmsilçisi Bahadur Əliyev Salman oğludur.
“Sun Food”un nizamnamə kapitalı isə 110 milyon 225 min 20 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi İrfan Yılmazdır.
Qeyd edək ki, “Sun Food” MMC “Azərsun Holdinq”ə bağlı şirkətdir. (Valyuta.az)


