5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC xüsusi poçt markasını təqdim edib. Markanın buraxılmasında əsas məqsəd ətraf mühitin qorunması, ekoloji məsuliyyətin yüksəldilməsi və təbiətə qayğı mədəniyyətinin artırılmasıdır.
Markanın özəlliyi təkrar emal olunmuş kağızdan hazırlanmasıdır ki, bu da “Azərpoçt”un ekoloji məsuliyyətə verdiyi önəmin bariz nümunəsidir. Xatırladaq ki, bundan əvvəl “Azərpoçt” MMC regionda ilk dəfə olaraq COP29 və WUF13 tədbirinə həsr edilmiş poçt markalarını da məhz təkrar emal olunmuş kağız üzərində dövriyyəyə buraxıb.
Qeyd edək ki, bu il Azərbaycan Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününün qlobal tədbirinə ev sahibliyi edir. Tədbir BMT‑nin Ətraf Mühit Proqramı (UNEP) ilə əməkdaşlıq çərçivəsində keçirilir və əsas diqqət iqlim dəyişikliyi, tullantıların azaldılması və dayanıqlı inkişaf mövzularına yönələcək.
“Azərpoçt” MMC-nin bu istiqamətdə həyata keçirdiyi təşəbbüslər qurumun ekoloji dəyərlərə həssas yanaşmasını əks etdirir və yaşıl gələcək üçün birgə fəaliyyətin təşviqinə töhfə verir.
TREND
- Polkovnik Əflatun Məmmədov rüşvətə görə həbs edildi
- Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır
- General Nizami Məmmədov haqda – Yekun qərar verildi
- Prezident mühüm fərman İMZALADI
- Nazirdən 1 ildir pulunu ala bilməyən pambıqçılarla bağlı – AÇIQLAMA
- Tamam Bayatlı BP-dən getdi
- İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
- Mikayıl Cabbarov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb


