“Azərpoçt” əməkdaşlarının aylıq gəlirlərinin artırılması üzrə 2023-cü il üçün qarşıya hədəf kimi qoyulmuş bonus planı artıq tətbiq edilib və təkcə 1-ci rüb üzrə 540 nəfərin aylıq gəlirinin 500 AZN-ə qədər artırılmasına nail olunub.
BAKU.NEWS xəbər verir ki, bunu “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov bu gün keçirilən mətbuat konfransında məlumat verib.
O deyib ki, 540 bonus alanların ən minimal ortalama məbləği 200 manat, maksimum məbləğ isə 500 manat təşkil etmişdir. Bu da təxminən 15 faizə yaxın əməkdaş deməkdir.
Bonus sistemini tətbiq etməkdə əsas məqsəd işə düzgün və vaxtında xidmət göstərən əməkdaşlara dəstək olmaqdır. Biz ilk dəfə olaraq Azərbaycanda tətbiq etdiyimiz bonus sistemi artıq öz müsbət nəticəsini vermişdir. Düşünürəm ki, növbəti rübdə bonus sistemi daha təkmilləşdiriləcək və daha çox əməkdaş bundan yararlanacaq, deyə Əfqan Cəlilov bildirib.
Orxan Kərimov


