Dünyaca məşhur azərbaycanlı müğənni Azərin qatıldığı televiziya proqramında gündəm olacaq ifadələr işlədib.
BAKU.NEWS publika.az-a istinadən xəbər verir ki, müğənni türk dövlətlərinin Dağlıq Qarabağ müharibəsində Azərbaycanı tək qoyduqları üçün qınayıb.
O, türk dövlətlərinin bu mövzuda səsinin az çıxdığını bildirib: “Bu qədər münaqişə ərzində yanımızda sadəcə Türkiyə dayandı. Amma baxırıq ki, kimsə arxamızda dayanmadı. Türk dünyası deyirik. Hər zaman dediyimiz bir şey var: İnşallah, Turan ordusu qurarıq. Amma belə olmaz. 27 sentyabrda əməliyyatlar başladı. Türk dövlətlərinin səsi nə zaman çıxmağa başladı? Çox-çox sonra… Putin danışandan sonra Türk dövlətləri də danışmağa başladı”.

